Azərbaycan neftinin qiyməti 2 % artıb

Azərbaycan neftinin qiyməti 2 % artıb Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,61 ABŞ dolları, yaxud 1,9 % artaraq 84,43 ABŞ dolları təşkil edib.
Energetika
20 Dekabr , 2022 09:39
Azərbaycan neftinin qiyməti 2 % artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,61 ABŞ dolları, yaxud 1,9 % artaraq 84,43 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 79,8 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

İngilis versiyası Azerbaijani oil price up 2%

Son xəbərlər

Orphus sistemi