Azərbaycan neftinin ixrac olunduğu ölkələrin adları açıqlanıb

Azərbaycan neftinin ixrac olunduğu ölkələrin adları açıqlanıb İxrac əməliyyatları Avropa və Aralıq dənizi regionu, Asiya və Şimali Amerikanı əhatə edib
Energetika
25 oktyabr 2016 12:34
Azərbaycan neftinin ixrac olunduğu ölkələrin adları açıqlanıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ümumilikdə 15,1 mln. ton Azərbaycan mənşəli xam neft ixrac edilib.

SOCAR-dan “Report”a verilən məlumata görə, ixrac əməliyyatları Avropa və Aralıq dənizi regionu, habelə Asiya və Şimali Amerika istiqamətində olub.

Qeyd edilir ki, ixrac edilən xam neftin əsas hissəsi İtaliyaya (24%), Tayvana (13%), Fransaya (9%), Almaniyaya (8%), İsrailə (7%) və Hindistana (6%) təchiz edilib. “Digər həcmlərin ixrac istiqamətləri sırasında Portuqaliya, Çexiya, Tunis, İndoneziya, Xorvatiya, İspaniya, Tayland, Çin, ABŞ, Avstriya kimi ölkələri qeyd etmək olar" - şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi