Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayı ərzində 2,685 mln. ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb ki, bu da öncəki ilin dekabrı ilə müqayisədə təxminən 28,6% çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Ceyhan limanından çıxarılan neftin 2,194 mln. tonunu Dövlət Neft Fondunun nefti təşkil edib ki, bu da öz növbəsində 2013-cü ilin dekabrındakından 46,7% çoxdur.
Bütövlükdə isə 2014-cü il ərzində Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29,127 mln. tondan artıq olub və bu, 2013-cü ilə nisbətən 0,3% azdır.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilən gündən 2015-ci il yanvarın 1-nə qədər Ceyhan limanından 262,272 mln. tondan artıq Azərbaycan nefti dünya bazarına çıxarılıb.