Yuxarı
    Bağlamaq

    ​Azərbaycan nefti yenidən ucuzlaşıb

    Ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 60,37 dollar/barel olub

    Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar, yaxud 1,34% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

    Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 59,56 dollara bərabərdir.

    Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 60,37 dollar/barel olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi