Azərbaycan nefti yenidən 50 dollar həddini ötüb

Azərbaycan nefti yenidən 50 dollar həddini ötüb "Azeri LT CIF" markalı neftin qiyməti 50,02 dollar/barelə çatıb
Energetika
29 Noyabr , 2016 09:34
Azərbaycan nefti yenidən 50 dollar həddini ötüb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,10 dollar və yaxud 2,25% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,02 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi