Yuxarı

​Azərbaycan nefti ucuzlaşıb

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,61 dollara bərabərdir

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,12 dollar yaxud 0,19% ucuzlaşıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,61 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 63,33 dollar/barel, dünən isə 63,73 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi