Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,91 dollara bərabər olub
Energetika
1471
6 Fevral , 2016 10:40
Azərbaycan nefti ucuzlaşıb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,49 dollar, yaxud 1,38% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,91 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.