Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,71 dollara bərabər olub
Energetika
18 Fevral , 2017 11:56
Azərbaycan nefti ucuzlaşıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,03 dollar, yaxud 0,05% azalıb. 

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,71 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.