Azərbaycan nefti ilə yüklənmiş növbəti tanker Odessa limanına çatdı

Azərbaycan nefti ilə yüklənmiş növbəti tanker Odessa limanına çatdı SOCAR avqustun 26-27-də Belarusa daha 94 min ton Azərbaycan nefti tədarük edib.
Energetika
3 Sentyabr , 2020 14:33
Azərbaycan nefti ilə yüklənmiş növbəti tanker Odessa limanına çatdı
0 : 00
0 : 00

Azərbaycan nefti ilə yüklənmiş növbəti tanker bu gün Ukraynanın Odessa limanına çatıb.

“Report”un Belarus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Belneftexim” konsernindən məlumat verilib.

Bildirilir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Belarusa növbəti neft tədarüküdür.

Məlumata görə, hazırda tanker Odessanın Cənub limanında boşaldılır. Sonradan bu xam mal Mozır Neft Emalı Xzavoduna yola salınacaq.

Xatırladaq ki, SOCAR avqustun 26-27-də Belarusa daha 94 min ton Azərbaycan nefti tədarük edib. Bir neçə həftə öncə Belarus tərəfi Azərbaycan neftinin alışı ilə bağlı SOCAR-a müraciət edib və razılıq əldə olunub. Bu sazişə əsasən, 93-94 min ton həcmində xam neft ilə yüklənmiş bir tanker 26-27 avqust tarixlərində Ceyhan limanından çıxıb.

Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln tona qədər neft nəql etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi