Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,59 dollara bərabər olub
Energetika
24 Mart , 2017 11:28
Azərbaycan nefti cüzi bahalaşıb

Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,21 dollar və yaxud 0,41% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,59 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi