​Azərbaycan nefti bu il orta hesabla 60,5 dollar/barelə satılıb

​Azərbaycan nefti bu il orta hesabla 60,5 dollar/barelə satılıb Birinci yarımillikdə "Azeri LT CIF" markalı neftin bir barelinin maksimal qiyməti 69 dollar olub
Energetika
9 İyul , 2015 12:04
​Azərbaycan nefti bu il orta hesabla 60,5 dollar/barelə satılıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti ən yüksək qiymətə mayın 6-da satılıb. 

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsinə istinadən verdiyi məlumata görə, həmin tarixdə bir barel “Azeri LT CIF” markalı xam neftin qiyməti 68,95 ABŞ dolları olub.

Bu ilin yanvarın 13-də isə Azərbaycan nefti ən ucuz qiymətə - 48,03 dollara satışa çıxarılıb. “Azeri LT CIF” markalı xam neftin 1 barelinin orta yarımillik qiyməti isə 60,45 dollar müəyyən edilib.

Qeyd edək ki, bu gün “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58,23 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi