Azərbaycan nefti 5 % bahalaşıb
Energetika
- 27 aprel, 2022
- 07:05
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,62 ABŞ dolları, yaxud 4,53 % artaraq 106,72 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 104,61 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
15:01
İspaniyada atəşfəşanlıq festivalında 27 nəfər xəsarət alıb
Digər ölkələr14:45
Alvaro Morata komandasını dəyişə bilər
Futbol14:37
Husilər Yəmənin Qırmızı dəniz sahilindəki limanına hücum ediblər
Digər ölkələr14:22
Pakistanda yaraqlıların hücumu nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb
Digər ölkələr14:06
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Ədəbiyyat13:57
Foto
Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatında oyunları yekunlaşdırıb
Komanda13:41
"Milan" Leandro Paredesə rəsmi təklif göndərib
Futbol13:39
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
Region13:19