Azərbaycan nefti 112 dollara qədər ucuzlaşıb
Energetika
- 15 iyul, 2022
- 06:19
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,2 ABŞ dolları, yaxud 1,93 % azalaraq 111,98 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 99,10 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
10:27
Moskva Ermənistandakı səfir postuna yeni namizəd axtarır
Region10:26
Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 48 %-i başa çatıb
İnfrastruktur10:26
SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!
İKT10:25
BFB: Səhm bazarında yüksək konsentrasiya qalmaqdadır
Maliyyə10:22
Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb
Hadisə10:17
Azərbaycanda sentyabr ayının pensiya ödənişləri yekunlaşıb
Sosial müdafiə10:13
Azərbaycanın iki boksçusu Avropa çempionatında növbəti mərhələyə yüksəlib
Fərdi10:09
FHN: Sentyabrın ilk 20 günündə kəndlərdə 22 yanğın baş verib
Hadisə10:07