​Azərbaycan nefti 1,6 dollar ucuzlaşıb

​Azərbaycan nefti 1,6 dollar ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,09 dollara bərabərdir
Energetika
27 İyul , 2015 10:03
​Azərbaycan nefti 1,6 dollar ucuzlaşıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,62 dollar yaxud 2,81% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,09 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 57,71 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi