Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarlarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,28% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 61,74 dollara bərabərdir.
Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 62,54 dollar olub.