Azərbaycan neft məhsullarının ixracını 1 %-dən çox artırıb
- 18 avqust, 2025
- 15:50
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 336 min 683,08 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 173 milyon 455,10 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 1,3 % çox, dəyəri isə 24,7 % azdır.
Hesabat ayında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,14 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.