Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfədən çox artırıb

Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfədən çox artırıb Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 971,028 min ton həcmində neft məhsulları ixrac edib
Energetika
15 Sentyabr , 2021 18:12
Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 971,028 min ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 448,407 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 27,2 %, dəyəri isə 2,12 dəfə çoxdur.

Bu ilin yanvar-avqust aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,47 % olub.

Son xəbərlər

Orphus sistemi