Azərbaycan neft məhsulları ixracının həcmini açıqlayıb
- 18 mart, 2024
- 11:45
Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 60 min 540,18 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 35 milyon 521,91 min ABŞ dolları təşkil edib.
Ötən aylar ərzində ixrac edilən neft məhsullarının həcmi 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2,5 dəfə, dəyəri isə 2,8 dəfə azdır.
Bu ilin yanvar-fevral aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,74 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.