Azərbaycan Neft Fondu bu il "AÇG" layihəsindən 993 mln. dollar qazanıb

Azərbaycan Neft Fondu bu il "AÇG" layihəsindən 993 mln. dollar qazanıb Bu yataqlardan mənfəət neftinin satışından indiyədək 123,1 mlrd. dollar daxil olub
Energetika
3 Mart , 2017 15:19
Azərbaycan Neft Fondu bu il AÇG layihəsindən 993 mln. dollar qazanıb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından bu ilin iki ayı ərzində 993 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

“Report”a fonddan verilən məlumata görə, ARDNF-ə "AÇG” yataqları üzrə mənfəət neftinin satışından 2001-ci ildən 2017-ci il martın 1-dək ümumilikdə 123,102 mlrd. dollar vəsait daxil olub.