Azərbaycan neft emalını azaldıb

Energetika
  • 12 may, 2022
  • 07:44
Azərbaycan neft emalını azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neftin email 1,8 milyon ton təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-aprel ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 210 min ton az olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti