Azərbaycan neft emalını 13 %-dən çox artırıb

Energetika
  • 15 fevral, 2022
  • 08:08
Azərbaycan neft emalını 13 %-dən çox artırıb

2021-ci il ərzində Azərbaycanda 6 milyon 657,7 min ton neft emal edilib.

“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Bu, 2020-ci ilin göstəricisindən 7 milyon 827 min ton və ya 13,3 % çoxdur.

Hesabata əsasən, bu, proqnozdan 429,3 min ton, yəni 6,9 % çoxdur.

Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycanda 5 milyon 875 min ton neft emal edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti