Azərbaycan neft bitumunun ixracından 33 milyon dollardan çox qazanıb

Energetika
  • 30 noyabr, 2021
  • 13:23
Azərbaycan neft bitumunun ixracından 33 milyon dollardan çox qazanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 151,7 ton neft bitumu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 33,316 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft bitumu ölkənin ümumi ixracdakı payı 0,2 % olub.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda quraşdırılan avadanlıqlar sayəsində yeni və daha keyfiyyətli bitum istehsal olunacaq. Bundan əvvəl fəaliyyət göstərən bitum qurğusu keçmiş “Azərneftyağ” Neft Emalı Zavodunun ərazisində yerləşirdi.

Yeni bitum qurğusu əsasən yol inşaatında istifadə olunan bitumun illik istehsal həcmini 250 min tondan 400 min tona qədər artırmağa imkan verəcək, məhsulun keyfiyyəti yaxşılaşacaq, enerjiyə daha çox qənaət ediləcək və ətraf mühitin qorunmasına mühüm töhfə olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti