Azərbaycan Moldovaya aviasiya yanacağı ixracını bərpa edib
- 14 fevral, 2024
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 109,6 milyon ABŞ dolları dəyərində 108 min 744 ton aviasiya yanacağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq - 14 % azdır.
Hesabat dövründə Azərbaycan Lüksemburqa 36,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % azdır) 40 min 678 ton (-44 %), Rusiyaya 17,8 milyon ABŞ dolları dəyərində (-0,3 %) 14 min 245 ton (-1,6 %), Gürcüstana 13,8 milyon ABŞ dolları dəyərində (+6,8 dəfə) 18 min 439 ton (+7 dəfə), Türkiyəyə 14,8 milyon ABŞ dolları dəyərində (+7 %) 14 min ton (+23 %), Birləşmiş Ərəb Əmirliklərinə 4,7 milyon ABŞ dolları dəyərində (-40 %) 3 min 744 ton (-42 %) yanacaq satıb.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Moldovaya (20 min ABŞ dolları dəyərində 16 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycandan xaricə (74 ölkəyə) göndərilmiş 126 min ton aviasiya yanacağının 58 %-i Lüksemburqun payına düşüb.