Azərbaycan Moldovaya antifriz tədarükünü bərpa edib

Energetika
  • 31 yanvar, 2025
  • 07:01
Azərbaycan Moldovaya antifriz tədarükünü bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 288 min ABŞ dolları dəyərində 334 ton antifriz ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 43 % çoxdur.

Hesabat dövründə Azərbaycan İraqa 94,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 110 ton (+12 %), Türkmənistana 54 min ABŞ dolları dəyərində 70 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 37,8 min ABŞ dolları dəyərində (-41 %) 43 ton (-31 %), Rusiyaya 32 min ABŞ dolları dəyərində (-6 %) 27 ton (+29 %), Özbəkistana 23 min ABŞ dolları dəyərində (+3 dəfə) 28 ton (+3,2 dəfə) məhsul satıb.

Azərbaycan 1 il 9 aylıq aradan sonra Moldovaya antifriz tədarükünü (1,53 min ABŞ dolları dəyərində 1,94 ton) bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti