Azərbaycan Moldova ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Moldova ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib Azərbaycan və Moldova arasında bərpa olunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər var.
Energetika
2 Mart , 2024 13:42
Azərbaycan Moldova ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Moldova arasında bərpa olunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər var.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Moldovanın energetika naziri Viktor Parlikovla keçirdiyi görüşdə qeyd olunub.

Bildirilib ki, Azərbaycanda “yaşıl enerji”nin inkişafı əsas prioritetlərdəndir. Azərbaycanda keçiriləcək COP29 tərəfdaş ölkələrlə iqlim dəyişikliyi gündəliyi, enerji səmərəliliyi istiqamətində müzakirələrin aparılması üçün mühüm imkanlar yaradacaq.

Görüşdə Azərbaycan və Moldova arasında əlaqələrin inkişaf etdiyi, iqtisadi gündəliyin genişləndiyi vurğulanıb. İki ölkə arasında, iqtisadi sahədə əməkdaşlıq məsələləri, o cümlədən enerji, nəqliyyat-logistika və kənd təsərrüfatı istiqamətlərində mövcud potensial müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya əməkdaşlığımızın gücləndirilməsində və biznes dairələrinin səylərinin əlaqələndirilməsində səmərəli platformadır.

Son xəbərlər

Orphus sistemi