Azərbaycan minik avtomobillərinin istehsalını 9 %-dən çox azaldıb
- 15 avqust, 2025
- 16:39
Bu ilin yanvar-iyul aylarında ölkədə 2 292 ədəd və ya 2024-ci ilin müvafiq ayları ilə müqayisədə 232 ədəd və yaxud 9,2 % az minik avtomobili istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu il avqustun 1-nə ölkədə 47 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda 355,1 milyon manat dəyərində maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10,6 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 12,7 % azalıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 309 ədəd traktor istehsal edilib. Bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 12,2 % azdır. Nəticədə, bu il avqustun 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk 7 ayında Azərbaycanda 190 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 34,5 % azdır. Nəticədə, bu il avqustun 1-nə ölkədə 37 ədəd hazır məhsul ehtiyatı yaranıb.