Azərbaycan metanol ixracını 64% artırıb

Azərbaycan metanol ixracını 64% artırıb 2019-cu ildə Azərbaycandan 64,6 mln. dollar məbləğində metanol (metil spirti) ixrac edilib.
Energetika
29 Yanvar , 2020 12:43
Azərbaycan metanol ixracını 64% artırıb

2019-cu ildə Azərbaycandan 64,6 mln. dollar məbləğində metanol (metil spirti) ixrac edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.

2018-ci ildə isə ixrac olunan metanolun məbləği 39,3 mln. dollar təşkil edib. Beləliklə, ötən il metanol ixracı 64% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 345,5 min ton metanol istehsal edilib. Ötən il metanol istehsalının həcmi 2018-ci ildən 80,5% çox olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi