Azərbaycan metanol ixracını 59 %-dək artırıb

Energetika
  • 02 yanvar, 2023
  • 05:20
Azərbaycan metanol ixracını 59 %-dək artırıb

Ötən ilin noyabr ayında Azərbaycan 7,8 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Sənədə əsasən, bu, daha əvvəlki ilin noyabr ayı ilə müqayisədə 8,1 milyon ABŞ dolları və yaxud 2,04 dəfə azdır.

2022-ci ilin yanvar-noyabr aylarında isə Azərbaycan 120,7 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib ki, bu da 2021-ci ilin 11 aylıq göstəriciləri ilə müqayisədə 44,6 milyon ABŞ dolları və yaxud 58,6 % çoxdur.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.