Azərbaycan metanol ixracını 4 dəfəyədək artırıb

Energetika
  • 31 avqust, 2022
  • 07:59
Azərbaycan metanol ixracını 4 dəfəyədək artırıb

Bu ilin iyul ayında Azərbaycan 10,7 milyon ABŞ dolları dəyərində metanol (metil spirt) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin iyul ayı ilə müqayisədə 0,6 milyon ABŞ dolları və yaxud 5,3 % azdır.

2022-ci ilin yanvar-iyul aylarında isə Azərbaycan 81,3 milyon ABŞ dolları dəyərində metanol (metil spirit) ixrac edib ki, bu da 2021-ci ilin 7 aylıq göstəriciləri ilə müqayisədə 58,1 milyon ABŞ dolları və yaxud 3,5 dəfə çoxdur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti