Azərbaycan metanol ixracını 2 dəfə artırıb

Energetika
  • 31 oktyabr, 2022
  • 09:10
Azərbaycan metanol ixracını 2 dəfə artırıb

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 104 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

İcmala əsasən, bu, 2021-ci ilin 9 aylıq göstəriciləri ilə müqayisədə 55,4 milyon ABŞ dolları və yaxud 2,1 dəfə çoxdur.

Bu ilin sentyabr ayında isə Azərbaycan 11,5 milyon ABŞ dolları dəyərində metanol ixrac edib. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 4,2 milyon ABŞ dolları və yaxud 26,7 % azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti