Azərbaycan metanol ixracından gəlirini 42 % artırıb
- 30 noyabr, 2021
- 10:32
Bu ilin oktyabr ayında Azərbaycan 11,5 milyon ABŞ dolları dəyərində metanol (netil spirit) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,6 milyon ABŞ dolları və ya 66,7 % çoxdur.
2021-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 60,2 milyon ABŞ dolları dəyərində metanol xrac edib ki, bu da 2020-ci ilin 10 ayına nisbətən 17,9 milyon ABŞ dolları və ya 42,3 % çoxdur.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.