Azərbaycan metanol ixracından gəlirini 2 dəfə artırıb

Azərbaycan metanol ixracından gəlirini 2 dəfə artırıb Bu ilin avqust ayında Azərbaycan 9,7 milyon ABŞ dolları dəyərində metanol  (netil spirit) ixrac edib
Energetika
30 Sentyabr , 2021 11:54
Azərbaycan metanol ixracından gəlirini 2 dəfə artırıb

Bu ilin avqust ayında Azərbaycan 9,7 milyon ABŞ dolları dəyərində metanol (netil spirit) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 5 milyon ABŞ dolları və ya 2,06 dəfə çoxdur.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi