Azərbaycan metanol istehsalını 77 % azaldıb

Azərbaycan metanol istehsalını 77 % azaldıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 47,2 min ton həcmində metanol (metil spirti) istehsal olunub
Energetika
14 İyun , 2021 17:56
Azərbaycan metanol istehsalını 77 % azaldıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 47,2 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2020-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 76,8 % azdır.

Bu ilin iyunun 1-nə 28,5 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi