Yuxarı

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxa bilər

ARDNF-in icraçı direktoru Şahmar Mövsümov: Ədalətsizlik davam edərsə, Azərbaycan təşəbbüsdə qalmayacaq

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan yaxın vaxtlarda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxa bilər. 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib: "Azərbaycan 12 ildir ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə fəal iştirak edir və İdarə Heyətində üzv olub. Amma artıq onun mandatında gəlirlərin şəffaflığı deyil, QHT-lərin qorunması daha çox rol alıb".

“Keçən il Konqoda keçirilən iclasda Azərbaycanın təşəbbüsdən çıxması irəli sürüldü. Lakin Azərbaycanın təşkilata töhfə verməsi bu addıma imkan verməyib. Belə olan halda Azərbaycanın üzvlüyünün dondurulması irəli sürüldü. Təzyiqin artması nəticəsində Azərbaycanın tamhüquqlu üzvlüyünün 12 ay müddətinə dondurulması və namizədlik statusuna enməsi barədə qərar verildi. Biz də hazırda təşəbbüsdə qalmaq və ya çıxmaq barədə müzakirələr aparırıq. Ədalətsizlik davam edərsə, Azərbaycan təşəbbüsdə qalmayacaq", - ARDNF başçısı qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi