​Azərbaycan mayda qaz ixracını artırıb

​Azərbaycan mayda qaz ixracını artırıb Bu ilin may ayındə 3,842 mlrd. kubmetrdən artıq təbii qaz ixrac olunub
Energetika
17 İyun , 2015 14:58
​Azərbaycan mayda qaz ixracını artırıb

Bakı. 17 iyun. REPORT.AZ/ Cari ilin may ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 3 842,387 mln. kubmetr təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,17% çoxdur.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə təbii qaz ixracının həcmi illik müqayisədə 26,82% azalaraq 795,560 mln. kubmetr təşkil edib.

Məlumata əsasən, may ayında həyata keçirilən qaz ixracı 127,346 mln. ABŞ dolları dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 32,74% azdır.

Hesabat ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilən qaz kondensatının həcmində 2,8% azalma qeydə alınıb. Hesabata əsasən, qeyd edilən dövrdə 907,398 mln. kubmetr qaz kondensatı ixrac edilib.

Son xəbərlər

Orphus sistemi