Azərbaycan Maliyə aviasiya yanacağı ixrac etməyə başlayıb
- 19 oktyabr, 2023
- 06:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 77,3 milyon ABŞ dolları dəyərində 79 min 727 ton aviasiya yanacağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq - 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan Lüksemburqa 25,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 28 min 672 ton (-15 %), Gürcüstana 13,51 milyon ABŞ dolları dəyərində (+6,6 dəfə) 18 min 52 ton (+7 dəfə), Rusiyaya 11,5 milyon ABŞ dolları dəyərində (+97 %) 9 min 208 ton (+80 %), Türkiyəyə 10,2 milyon ABŞ dolları dəyərində (+57 %) 10 min 345 ton (+78 %), Birləşmiş Ərəb Əmirliklərinə 4,4 milyon ABŞ dolları dəyərində (+99 %) 3 min 513 ton (+78 %) yanacaq satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Maliyə (29,3 min ABŞ dolları dəyərində 22,51 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycandan xaricə (74 ölkəyə) göndərilmiş 126 min ton aviasiya yanacağının 58 %-i Lüksemburqun payına düşüb.