Azərbaycan Liviyaya antifriz tədarük etməyə başlayıb
- 02 may, 2024
- 07:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1,33 milyon ABŞ dolları dəyərində 1 min ton antifriz idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 0,7 % azdır.
Azərbaycan Rusiyadan 410 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 411 ton (-2 %), Türkiyədən 306 min ABŞ dolları dəyərində (+20 %) 296 ton (+76 %), Belçikadan 217 min ABŞ dolları dəyərində (+59 %) 103 ton (+85 %), Almaniyadan 154 min ABŞ dolları dəyərində (-50 %) 62 ton (-52 %), Ukraynadan 71 min ABŞ dolları dəyərində (-54 %) 71 ton (-46 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 29 min ABŞ dolları dəyərində (+12 %) 28 ton (-7 %) antifriz ixrac edilib.
Azərbaycan İraqa 9,5 min ABŞ dolları dəyərində (-62 %) 11,5 ton (-59 %), Livana 9,2 min ABŞ dolları dəyərində 6,4 ton (bir il əvvəl tədarük olmayıb), Türkmənistana 4,3 min ABŞ dolları dəyərində 4,3 ton (bir il əvvəl tədarük olmayıb), Liviyaya 3,1 min ABŞ dolları dəyərində 3,2 ton, Gürcüstana 1,95 min ABŞ dolları dəyərində (+27 %) 0,79 ton (-28 %) antifriz satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Liviyaya tədarük həyata keçirilib.