Azərbaycan Kürasao və Monteneqrodan elektrik naqil tədarük etməyə başlayıb

Energetika
  • 06 oktyabr, 2023
  • 07:33
Azərbaycan Kürasao və Monteneqrodan elektrik naqil tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 25 milyon ABŞ dolları dəyərində 2 min 784 ton elektrik naqilləri (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Azərbaycan Türkiyədən 7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % azdır) 1 min 35 ton (-11 %), Çindən 5,33 milyon ABŞ dolları dəyərində (+58 %) 772 ton (+60 %), İtaliyadan 2,84 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 280 ton (+4,7 dəfə), Amerika Birləşmiş Ştatlarından 1,96 milyon ABŞ dolları dəyərində (-18 %) 19,2 ton (-52 %), Böyük Britaniyadan 1,8 milyon ABŞ dolları dəyərində (+43 %) 51 ton (+42 %) naqil alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kürasaodan (0,44 min ABŞ dolları dəyərində 0,01 ton) və Monteneqrodan (0,17 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycandan 7,4 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 1 min 879 ton (+2,7 dəfə) elektrik naqili ixrac edilib.

Azərbaycan Belarusa 3 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 824 ton (+6 dəfə), Gürcüstana 1,95 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 629 ton (+3 dəfə), Ukraynaya 1,12 milyon ABŞ dolları dəyərində (+79 %) 258 ton (+2 dəfə), Türkiyəyə 264 min ABŞ dolları dəyərində (+29 dəfə) 44,13 ton (+176 dəfə), Rumıniyaya 261,97 min ABŞ dolları dəyərində (+115 dəfə) 40,92 ton (+1 min 367 dəfə) naqil göndərib.

Son xəbərlər

Bütün Xəbər Lenti