Azərbaycan külək enerjisinin istehsalını 18 %-dən çox artırıb
- 16 dekabr, 2023
- 13:37
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 53 milyon kVt/saat enerji istehsal edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,3 % çoxdur.
Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 715,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. İl ərzində bu sahədə 1,4 %-lik artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 16 % artaraq 516,5 milyon manat təşkil edib.
Bu ilin 11 ayında Azərbaycanda 24 milyard 932,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,9 % çoxdur. Bunun 24 milyard 090,6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 0,8 % çoxdur.
İstilik elektrik stansiyalarında 22 milyard 387,5 milyon kVt/saat enerji istehsal olunub ki, bu da illik müqayisədə 0,4 % çoxdur.
Su elektrik stansiyalarında 1 milyard 587,8 milyon kVt/saat enerjiı istehsal olunub ki, bu da 2022-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 5,6 % çoxdur.
Günəş enerjisi ilə işləyən stansiyalarında 62,3 milyon kVt/saat enerji istehsalı olunub. Bu, 2022-ci ilin 11 ayının göstəricisi ilə müqayisədə 6,7 % çoxdur.