​Azərbaycan külək enerjisi istehsalını artırıb

​Azərbaycan külək enerjisi istehsalını artırıb Bununla yanaşı, su elektrik stansiyalarında istehsal 27% artıb
Energetika
22 İyun , 2015 16:58
​Azərbaycan külək enerjisi istehsalını artırıb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən külək elektrik stansiyalarında bu ilin yanvar-may aylarında 2,9 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 32% çoxdur.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bundan başqa, hesabat dövründə ölkədə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən 1,2 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu müddətdə istilik elektrik stansiyalarında istehsal 1,3% artaraq 8 828,0 mln. kVt/saat, su elektrik stansiyalarında - 27,4% artaraq 709,4 mln. kVt/saata çatıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində bu ilin 5 ayında 829,2 mln. manat həcmində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 4,3%-lik artım əldə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulların həcmi 7,0% artaraq 91,0 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi