Azərbaycan avqustda gündəlik 669 min barel xam neft hasil edib

Azərbaycan avqustda gündəlik 669 min barel xam neft hasil edib 2020-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barel olub. Bunun 584,6 min barelini xam neft, 84,5 min barelini isə kondensat təşkil edib
Energetika
9 Sentyabr , 2020 08:47
Azərbaycan avqustda gündəlik 669 min barel xam neft hasil edib

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barel olub. Bunun 584,6 min barelini xam neft, 84,5 min barelini isə kondensat təşkil edib. Xam neftin 460,4 min bareli “Azəri-Çıraq-Günəşli”, 124,2 min bareli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barel azaldıb.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq  461 min barreldə, SOCAR ("Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.  

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.

Son xəbərlər

Orphus sistemi