Azərbaycan 7 ayda ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

Energetika
  • 16 avqust, 2024
  • 08:40
Azərbaycan 7 ayda ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 332 min 340,61 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 230 milyon 313,05 min ABŞ dolları təşkil edib.

Ötən aylar ərzində ixrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 43,32 %, dəyəri isə 32,41 % azdır.

Bu ilin ilk 7 ayında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,43 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti