Azərbaycan İtaliyaya neft ixracını 58 %-dən çox artırıb

Energetika
  • 18 aprel, 2025
  • 13:19
Azərbaycan İtaliyaya neft ixracını 58 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 3 milyon 055 min 572,87 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 702 milyon 838,31 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin birinci rübü ilə müqayisədə 58,2 %, dəyəri isə 38 % artıb.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 50,82 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 336 milyon 653,5 min ABŞ dolları dəyərində 6 milyon 11 min 561,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat rübündə Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb.