Azərbaycan İtaliyaya maye sayğacları ixrac etməyə başlayıb

Energetika
  • 22 fevral, 2024
  • 09:54
Azərbaycan İtaliyaya maye sayğacları ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 80 min 496 ədəd maye sayğacı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 614,41 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 51 min 180 ədəd (+2,4 dəfə), Qazaxıstana 280,68 min ABŞ dolları dəyərində (-23 %) 20 min 308 ədəd (-34 %), Özbəkistana 108 min ABŞ dolları dəyərində (+59 %) 9 min ədəd (+50 %), İtaliyaya 34,1 min ABŞ dolları dəyərində 3 ədəd, Rusiyaya 23,94 min ABŞ dolları dəyərində (+1 200 dəfə) 2 ədəd (+2 dəfə) sayğac satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyaya tədarük həyata keçirilib.

44 - Tezliklə