Azərbaycan İsrailə neft satışını 28 %-ə yaxın artırıb

Energetika
  • 20 may, 2024
  • 13:32
Azərbaycan İsrailə neft satışını 28 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İsrailə 1 milyon 021 min 917,30 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 621 milyon 083,92 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,6 %, dəyəri isə 24 % artıb.

İsrailə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 14,75 % olub.

Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 364 milyon 589,72 min ABŞ dolları dəyərində 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % azalıb, idxal isə 3,1 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti