Yuxarı

Azərbaycan və Polşa arasında ticarət dövriyyəsi artacaq

Energetika naziri Natiq Əliyev əməkdaşlığın qeyri-neft sektorunu da əhatə etməsinin vacibliyini vurğulayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Energetika Nazirliyində Bakıda XII Beynəlxalq “Xəzər Neft və Qaz-2015” sərgisi çərçivəsində Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə energetika sahəsində qarşılıqlı əlaqələrin Azərbaycan ilə Polşa arasında münasibətlərə müsbət təsir göstərməklə yanaşı, regional əməkdaşlıq məsələlərində də mühüm rol oynadığı vurğulanıb.

Avropa ilə birgə vahid qlobal enerji bazarının yaradılmasında Azərbaycanın rolunu yüksək qiymətləndirməsinə görə Polşanın baş nazirinə minnətdarlığını çatdıran energetika naziri Natiq Əliyev əməkdaşlığın təkcə enerji sahəsini deyil, qeyri-neft sektorunu da əhatə etməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın enerji mənbələri və ixracı baxımından əhəmiyyətli mövqeyə malik olduğunu vurğulayan baş nazirinin müavini Polşanın Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və sərgidə iştirak edən şirkətlər vasitəsilə işgüzar əlaqələrin daha da dərinləşəcəyini bildirib. O, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində aparıcı rolunu əsas gətirərək, müşahidəçi statusunda təmsil olunmağı vaxtının çatdığını qeyd edib.

Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsinin 140 mln. dollar olduğunu xatırladan polşalı nazir bu rəqəmin əməkdaşlığın genişləndirilməsi sayəsində daha da yüksələcəyinə əminliyini ifadə edib.

Energetika naziri Azərbaycanın müxtəlif sahələrdə layihələr və proqramlar icra etdiyini, Polşanın bu şirkətlərinin fəaliyyətlərini qurmaları üçün bütün imkanların olduğunu diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi