Azərbaycan iki ölkəyə neft koksu tədarükünü bərpa edib
- 14 fevral, 2022
- 13:32
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 22 milyon 823,52 min ABŞ dolları dəyərində 259 min 764,4 ton neft koksu tədarük edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 73,2 % artıb.
Hesabat dövründə Rusiyaya 14 milyon 253,5 min ABŞ dolları dəyərində 157 min 348,54 ton, Çinə 4 milyon 535,86 min ABŞ dolları dəyərində 50 min 616,35 ton, Hindistana 3 milyon 425,69 min ABŞ dolları dəyərində 43 min 686,29 ton, Ukraynaya 608,48 min ABŞ dolları dəyərində 8 min 113,21 ton məhsul satılıb.
2020-ci ilin eyni dövrü ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 63,75 % və 15,49 % artıb, Çinə - 5,5 dəfə və 3,7 dəfə artıb. Bir il 3 aylıq fasilənin ardından Ukraynaya, 11 aylıq aradan sonra Hindistana ixrac bərpa edilib.