Azərbaycan iki ölkəyə antifriz ixrac etməyə başlayıb
- 15 fevral, 2024
- 10:08
2023-cü ildə Azərbaycana 7,2 milyon ABŞ dolları dəyərində 5 min 715 ton antifriz idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 42 % çoxdur.
Azərbaycan Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 2 min 315 ton (+44 %), Türkiyədən 1,64 milyon ABŞ dolları dəyərində (+29 %) 1 min 320 ton (+66 %), Almaniyadan 1,11 milyon ABŞ dolları dəyərində (+34 %) 433 ton (+35 %), Belçikadan 774 min ABŞ dolları dəyərində (+83 %) 366 ton (+2,2 dəfə), Ukraynadan 471 min ABŞ dolları dəyərində (-17 %) 443 ton (-23 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 278 min ABŞ dolları dəyərində (+53 %) 278 ton (+42 %) antifriz ixrac edilib.
Azərbaycan İraqa 121,3 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 144 ton (+2,3 dəfə), Gürcüstana 64 min ABŞ dolları dəyərində (+12 %) 62,4 ton (+13 %), Rusiyaya 33,54 min ABŞ dolları dəyərində (+30 dəfə) 20,6 ton (+2 100 dəfə), Ukraynaya 32 min ABŞ dolları dəyərində (+12 dəfə) 36 ton (+14 dəfə), Sinqapura 8,2 min ABŞ dolları dəyərində 0,88 ton antifriz satıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə (1,4 min ABŞ dolları dəyərində 1,5 ton) və Sinqapura tədarük həyata keçirilib.