Azərbaycan iki ölkədən elektrik enerjisi sayğaclarının tədarükünü bərpa edib
- 07 fevral, 2022
- 10:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 11 milyon 441,03 min ABŞ dolları dəyərində 306 min 964 ədəd elektrik enerjisi sayğacı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 66,57 %, kəmiyyət olaraq – 42,38 % artıb.
Hesabat dövründə Çindən 9 milyon 743,49 min ABŞ dolları dəyərində 137 min 826 ədəd, Türkiyədən 1 milyon 627,46 min ABŞ dolları dəyərində 168 min 517 ədəd, Rusiyadan 61,29 min ABŞ dolları dəyərində 512 ədəd, Hindistandan 3,89 min ABŞ dolları dəyərində 28 ədəd, Almaniyadan 1,64 min ABŞ dolları dəyərində 38 ədəd cihaz alınıb.
2020-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Çindən idxal müvafiq olaraq 73,35 % və 44,26 % artıb, Türkiyədən – 38,42 % və 40,82 % artıb, Rusiyadan – 3,6 dəfə və 78,4 % artıb, Hindistandan – 2,3 dəfə və 9,3 dəfə artıb, Almaniyadan – 87,48 % və 42,42 % azalıb. İki il 8 aylıq fasilənin ardından Tayvandan, 7 il 10 aylıq aradan sonra İsveçdən tədarük bərpa edilib. Tayvandan 1,42 min ABŞ dolları dəyərində 10 ədəd, İsveçdən 0,3 min ABŞ dolları dəyərində 10 ədəd sayğac alınıb.
Ötən il Azərbaycan 0,24 min ABŞ dolları dəyərində 3 ədəd elektrik enerjisi sayğacı ixrac edib. 2020-ci ildə ölkəmizdən bu növ sayğaclar xaricə tədarük olunmayıb.