Azərbaycan iki ölkədən aviasiya yanacağının tədarükünü bərpa edib

Energetika
  • 26 yanvar, 2022
  • 11:14
Azərbaycan iki ölkədən aviasiya yanacağının tədarükünü bərpa edib

Ötən ilin 11 ayı ərzndə Azərbaycana xaricdən 7 milyon 217,5 min ABŞ dolları dəyərində 8 min 624,22 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviasiya yanacağı) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə idxal dəyər ifadəsində 6 min 561 dəfə və 123 min 203 dəfə artıb.

Hesabat dövründə Türkmənistandan 7 milyon 216,5 min ABŞ dolları dəyərində 8 min 623,98 ton, Türkiyədən 0,87 min ABŞ dolları dəyərində 0,22 ton, Almaniyadan 0,07 min ABŞ dolları dəyərində 0,02 ton, Amerika Birləşmiş Ştatlarından 0,06 min ABŞ dolları dəyərində 0,01 ton aviasiya yanacağı alınıb.

2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 11 dəfə və 5,5 dəfə artıb, Almaniyadan 93,1 % və 33,3 % azalıb. Azərbaycan bir il 9 aylıq ardan sonra Türkmənistandan, 3 il 5 aylıq fasilənin ardından isə Amerika Birləşmiş Ştatlarından bu yanacağın tədarükünü bərpa edib.

44 - Tezliklə